Ronald Arauxo “Barselona” ilə yeni müqavilə bağladı

Barselona” müdafiəçisi Ronald Arauxo ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı müdafiəçi ilə müqavilə 2026-cı ilə qədərdir. Onun təzminat məbləği isə 1 milyard avro müəyyənləşdirilib.

Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Bu mövsüm o, 39 oyun keçirib və 4 qol vurub. Bütövlükdə isə 23 yaşlı futbolçu “Barselona”da 78 matça çıxıb, 6 qola imza atıb.

Uruqvay millisinin də üzvü olan Ronald Arauxo daha öncə “Rentistas” və “Boston River” komandalarında forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: