Liqa 1: PSJ qələbəni son anda əldən verdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 35-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

PSJ səfərdə “Strasburq”la qarşılaşıb. Bu oyunun PSJ üçün demək olar ki, heç bir əhəmiyyəti yox idi. Çünki Maurisio Poçettinonun komandası artıq Liqa 1-də çempionluğu rəsmiləşdirmişdi. Altı qolun qeydə alındığı qarşılaşma bərabərliklə bitib.

Turun maraqla gözlənilən oyunlarından biri Marsel və Lion “Olimpik”ləri arasında olacaq.

Fransa Liqa 1
35-ci tur

29 aprel

Strasburq – PSJ 3:3
Qol: Qameyro, 3. Verratti, 75-öz qapısına. Kasi, 90+1 – Mbappe, 23; 68. Hakimi, 64.

30 aprel

19:00. Lans – Nantes
23:00. Renn – Sent-Etyen

1 may

15:00. Trua – Lill
17:00. Brest – Klermon
17:00. Loryan – Reyms
17:00. Monako – Anje
17:00. Monpelye – Mets
19:05. Bordo – Nitsa
22:45. Olimpik (Marsel) – Olimpik (Lion)

Xəbəri sosial şəbəkələrdə paylaş: