“Bornmut” növbəti mövsüm İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanıb. Arena.az xəbər verir ki, sözügedən komanda Çempionşipin 33-cü turundan təxirə salınmış oyunda “Nottingem Forest”i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib.
Hazırda 2-ci pillədə qərarlaşan Skott Parkerin komandası xallarını 85-ə çatdırıb. Sözügedən kollektiv sona 1 tur qalmış ən yaxın izləyicisi “Nottingem Forest” üçün əltaçmaza çevrilib.
Beləliklə, “Bornmut” iki mövsümdən sonra yenidən İngiltərə Premyer Liqasına qayıdır. Bu komanda 2019/20 mövsümündə 34 xalla 20 iştirakçı arasında 18-ci yeri tutmaqla elitanı tərk etmək məcburiyyətində qalmışdı.
Xatırladaq ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri “Fulhem” olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.


