Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında lider “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
“Azersun Arena”da keçirilən qarşılaşmanı Rauf Allahverdiyev idarə edib. Matç artıq çempionluğu təmin edən “Qarabağ” üçün tamamilə formal xarakter daşıyırdı. Alt pillələrdə qərarlaşan “Sumqayıt”a isə xal və xallar lazım idi. Lakin yekunda qələbəyə sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu buna darmadağınla nail olub.
Azərbaycan Premyer Liqası
16-cı turun oyunu
12 may
“Qarabağ” – “Sumqayıt” 5:0
Qol: F.Ozobiç, 4. P.Andrade, 11. K.Borges, 30; 52. İ.Vadji, 31.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Azersun Arena”, 19:00.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 78. Araz Abdullayev, 91. Anatoli Nuriyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.


