Rüfət Dadaşov mövsümün son matçında oynamadı

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 38-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv mövsümün son matçında doğma meydanda “Vyedenbrük” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 47 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Lakin son turun qalan qarşılaşmaları mayın 14-də keçiriləcək və iki klubun bu komandanı qabaqlamaq şansı qalır.

Rüfət Dadaşov geridə qalan mövsümdə “Şalke”nin ikinci komandasının heyətində 19 oyuna çıxıb və 11 qol vurub. Bu nəticə ilə o, sözügedən komandanın ən yaxşı bombardiri olub. Millimizin forvardı bu mövsüm “Şalke”nin əsas komandasının heyətində də 2 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: