Visente Morento “Espanyol”dan qovuldu

İspaniyanın “Espanyol” komandasının baş məşqçisi Visente Moreno istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Espanyol”u qarşıdakı “Valensiya” ilə oyuna əvəzedici komandanın baş məşqçisi Luis Blankonun hazırlayacağı diqqətə çatdırılıb. La Liqanın 37-ci turu çərçivəsində mayın 14-də keçiriləcək “Espanyol” – “Valensiya” qarşılaşmasına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Xatırladaq ki, Visente Moreno 2020-ci ilin avqust ayından “Espanyol”u çalışdırırdı. Sözügedən komanda Morenonun rəhbərliyi altında bu mövsüm La Liqada çıxdığı 36 oyunda 10 qələbə qazanıb, 16 dəfə məğlub olub və 10 dəfə heç-heçə edib. Komanda turnir cədvəlində 40 xalla 13-cü pillədə qərarlaşıb.

İspaniyalı mütəxəssis Barselona təmsilçisini bütövlükdə 85 matçda çıxarıb. Bu oyunlarda 38 qələbə qazanan komanda 21 dəfə heç-heçə oynayıb, 26 matçda məğlubiyyətlə üzləşib. Moreno “Espanyol”dan öncə “Xeres”, “Ximnastik” və “Malyorka”ya da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: