“Venesiya” A Seriyası ilə vidalaşdı

“Venesiya” komandası futbol üzrə İtaliya A Seriyasında yerini qorumaq şansını itirib. Arena.az xəbər verir ki, bu gün “Salernitana” “Empoli” ilə heç-heçə etdikdən (1:1) sonra venesiyalılar təhlükəli zonanı tərk etmək üçün riyazi şanslarını itiriblər.

36 matçda 25 xal toplayan “Venesiya” A Seriyasının turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb. Sözügedən komanda bu gün İtaliya çempionatının 37-ci turu çərçivəsində səfərdə “Roma” ilə qarşılaşacaq.

Xatırladaq ki, venesiyalılar 2020/21 mövsümünün yekunlarına görə A Seriyasına yüksəlsə də, elitada cəmi bir mövsüm qala biliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: