Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 37-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə, eyni saatda start götürüb.
Lionel Messili, Neymarlı, Kilian Mbappeli PSJ “Monpelye”nin qonağı olub. Paris təmsilçisi çempionluğu rəsmiləşdirdiyindən, bu matç onlar üçün formal xarakter daşıyırdı. Buna baxmayaraq, qonaqlar bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.
İkinci pillə uğrunda mübarizə aparan Marsel “Olimpik”i bu turda “Renn”in qonağı olub. Sözügedən komanda bu oyunda 2 cavabsız qolla uduzub. “Monako” isə “Brest”i qəbul edib. “Knyazlıq təmsilçisi” qalib gələrək ikinci pilləyə yüksəlib.
Lion “Olimpik”i “Nant”ı, “Strasburq” “Klermon”u, “Mets” isə “Anje”ni məğlub yola salıb.
“Nitsa” evdə “Lill”ə, “Sent-Etyen” “Reyms”ə, “Trua” isə “Lans”a uduzub. “Bordo” – “Loryan” matçında isə hesab açılmayıb.
Fransa Liqa 1
37-ci tur
14 may
Bordo – Loryan 0:0
Olimpik (Lion) – Nant 3:2
Qol: Dembele, 9. Paketa, 78. Tete, 85 – Gebbels, 81. Kiprien, 90+2.
Mets – Anje 1:0
Qol: Lamkel, 50.
Monako – Brest 4:2
Qol: Ben Yedder, 44-pen; 51; 54. Volland, 70 – Duverne, 10. Belaili, 23.
Monpelye – PSJ 0:4
Qol: Messi, 6; 20. Di Mariya, 26. Mbappe, 60-pen.
Nitsa – Lill 1:3
Qol: Kluyvert, 31 – David, 52; 61. Vea, 90+4.
Renn – Olimpik (Marsel) 2:0
Qol: Buriqe, 12. Mayer, 35.
Sent-Etyen – Reyms 1:2
Qol: Manqala, 12 – Munetsi, 2. Dumbiya, 61.
Strasburq – Klermon 1:0
Qol: Tomasson, 28.
Trua – Lans 1:3
Qol: Byankone, 14 – Danso, 42. Kalimuendo, 45. Klauss, 71.


