Dortmund “Borussiya”sı ilə vidalaşdı, ölkəsinə döndü

Futbol üzrə İsveçrə yığmasının sabiq qapıçısı Marvin Hits Dortmund “Borussiya”sı ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper Almaniya klubundan ayrılaraq ölkəsinə dönüb.

O, bundan sonrakı karyerasını “Bazel”də davam etdirəcək. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu yeni klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Dortmund “Borussiya”sı Marvin Hitsi 2018-ci ildə “Auqsburq”dan transfer etmişdi. O, bu komandanın heyətində cəmi 46 matça çıxıb. Hits daha öncə “Volfsburq” və “Vintertur”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: