Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi Ömər Ərdoğan istefa verib. Arena.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis özü məlumat verib.
O, bu qərarını Super Liqanın 38-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunundan sonra baş tutan mətbuat konfransında açıqlayıb. Komandasının 4:1 hesabıyla qalib gəldiyi maçtın ardından jurnalistlərlə söhbətində Hatay təmsilçisindən ayrılacağını bəyan edən Ərdoğan hər kəsə təşəkkür edib. Lakin ayrılığın səbəbləri açıqlanmayıb.
Ömər Ərdoğan 2020-ci ildən bu komandaya rəhbərlik edirdi.
“Hatayspor” geridə qalan mövsümdə 38 oyuna topladığı 53 xalla 20 iştirakçı arasında 12-ci olub.


