Marselino Qarsiya Toral “Atletik”dən ayrıldı

İspaniyanın “Atletik” (Bilbao) komandasının baş məşqçisi Marselino Qarsiya Toral postundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb.

56 yaşlı mütəxəssisin öz istəyi ilə postunu tərk etdiyi diqqətə çatdırılıb. İspaniya mətbuatı buna ispan məşqçi ilə klub rəhbərliyi arasındakı fikir ayrılığının səbəb olduğunu bildirir.

“Atletik” son mövsümdə La Liqanı 55 xalla 8-ci pillədə başa vurub. Bu üzdən komanda avrokuboklara vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Marselino Qarsiya Toral 2021-ci ilin yanvarından “Atletik”in baş məşqçisi kimi fəaliyyət göstərirdi. Bilbao təmsilçisi bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 75 oyunda 28 qələbə qazanıb, 26 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: