İspaniyanın “Espanyol” komandasının yeni baş məşqçisi müəyənnləşib. Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Komandanı bundan sonra Dieqo Martines çalışdıracaq. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda mövsümün bitməsinə iki tur qalmış istefaya göndərilən Visento Morenonu əvəzləyib.
“Espanyol” son mövsümdə La Liqanı 42 xalla 14-cü pillədə başa vurub.
Dieqo Martines son olaraq “Qranada”ya rəhbərlik edib. O, 2018-2021-ci illər aralığında sözügedən komandanı çalışdırıb. Gənc mütəxəssis daha öncə “Osasuna”nın da baş məşqçisi olub.


