“Səbail” yarımmüdafiəçisi Cabir Əmirli ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ayın sonunda başa çatırdı.
Cabir Əmirli 2021-ci ilin iyul ayından “Səbail”də çıxış edir. Futbolçu daha öncə “Keşlə” və “Neftçi” klublarında çıxış edib. O, ötən ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt”da da çıxış etmişdi.
“Səbail”də daha öncə Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov və Tural Bayramlının da müqaviləsi yenilənmişdi. Paytaxt klubu Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev və Camal Araqo ilə də yollarını ayırıb. Əvəzində “dənizçilər” “Zirə”dən ayrılan hücumçu Ağabala Ramazanovu transfer edib.


