Mattia De Şilyo daha 3 il “Yuventus”da!

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Mattia De Şilyo ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayına qədərdir. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yay başa çatırdı.

Mattia De Şilyo “Milan”ın yetirməsidir. O, 2011-2017-ci illər aralığında məhz bu klubun uğurları üçün çalışıb. 2017-ci ildə isə futbolçu “Yuventus”a transfer olunub. İtaliya yığmasının sağ cinah müdafiəçisi Turin təmsilçisində 91 oyuna çıxıb, 2 qol vurub. 29 yaşlı futbolçu 2020/21 mövsümündə Fransanın “Olimpik” (Lion) klubunda icarədə də çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: