Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/23 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, La Liqada yeni mövsümə avqustun 16-da start veriləcək.
Mövsümün açılış turunda son çempion “Real” səfərdə “Almeriya” ilə qarşılaşacaq. “Barselona” isə doğma meydanda “Rayo Valyekano”nu sınağa çəkəcək.
Qarşıdakı mövsümün “el klasiko” tarixləri də bəlli olub. Belə ki, 9-cu tur çərçivəsində baş tutacaq ilk oyunda “Real” “Barselona”nı qəbul edəcək. Kataloniyadakı görüş isə 2023-cü ilin 19 martında, 26-cı tur çərçivəsində keçiriləcək.
La Liqada 2022/23 mövsümünə 2023-cü ilin 4 iyununda yekun vurulacaq.
Atletik – Malyorka
Barselona – Rayo Valyekano
Selta – Espanyol
Kadis – Real Sosyedad
Osasuna – Sevilya
Almeriya – Real
Xetafe – Atletiko
Valyadolid – Vilyarreal
Valensiya – Jirona


