İtaliyanın “Spetsiya” komandasının baş məşqçisi Tyaqo Motta istefa verib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Lakin ayrılığın səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, Tyaqo Motta 2021-ci ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. Həmin vaxt o, klubla 3 illik müqaviləyə imza atmışdı. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında 40 oyuna çıxıb, 11 qələbə qazanıb, 6 heç-heçə edib, 23 görüşdə isə məğlubiyyətə üzülüb. “Spetsiya” geridə qalan mövsümdə 38 oyuna topladığı 36 xalla A Seriyasını 16-cı pillədə başa vurub.


