“Zirə” Rumıniya klubuna məğlub oldu

Növbəti mövsümə və Avropa Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan “Zirə” bu gün ilk yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, “qartallar” Rumıniyanın 1-ci Liqa təmsilçisi “Hermanştadt” komandası ilə qarşılaşıb.

Bu oyunun əvvəlcə oyunun saat 18:00-da başlayacağı bildirilirdi. Amma hava şəraiti ilə əlaqədar sonradan matçın başlama saatında dəyişiklik edildi. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 18:00-da yox, 17:00-da start götürüb.

Oyuna gəlincə, hesabı Azərbaycan təmsilçisi açıb. Hamidu Keyta komandasını hesabda önə keçirib. Amma Rəşad Sadıqovun yetirmələri bu üstünlüyü ikinci hissədə əldən veriblər. Fasilədən sonra iki qol buraxan Azərbaycan təmsilçisi meydanı məğlubiyyətlə tərk edib.

“Zirə”nin Boluda daha bir yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Amma rəqibin adı hələlik açıqlanmayıb.

Yoxlama oyunu
29 iyun

Zirə – Hermanştadt 1:2
Qol: H.Keyta, 25.
Türkiyə, Bolu.

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 9. Loris Broqno, 10. Rəhim Sadıxov, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Andelkoviç, 32. Qismət Alıyev (k), 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filip Paxtmann, 13. Ramin Əhmədov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 56. Samir Ağayev, 61. Nizami Səmədov, 64. Mahmud Ağayev, 77. Mirsahib Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: