Sərtan Taşkın “Zirə”də qaldı

Zirə” müdafiəçisi Sərtan Taşkın ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi.

Xatırladaq ki, Sərtan Taşkın 2020-ci ilin yayından “Zirə”nin şərəfini qoruyur. Sağ cinah müdafiəçisi daha öncə “Sumqayıt” və “Keşlə”nin (indiki “Şamaxı”) də formasını geyinib. O, Azərbaycanın U-19 və U-21 yığmaları ilə yanaşı, əsas millimizdə də oyun keçirib.

“Zirə” daha öncə Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı və Filipe Paxtmann ilə də yeni müqavilə bağlamışdı. Paytaxt klubu Mirsahib Abbasov, Slavik Alxasov və Rəhim Sadıxovu transfer edib, Brayan Alseus, Ağabala Ramazanov və Davit Volkovla yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: