Rüstəm Əhmədzadə rəsmən “Zirə”də

Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə “Zirə” klubuna icarəyə verilib. Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu 2022/23 mövsümünü paytaxt təmsilçisində keçirəcək. “Zirə”nin də bu keçidi tezliklə rəsmən açıqlaması gözlənilir.

Azərbaycan millisinin üzvü olan Rüstəm Əhmədzadə ötən ilin dekabrında “Minay”dan (Ukrayna) “Qarabağ”a transfer olunub. Onun Ağdam klubu ilə 2026-cı il iyunun 30-dək müqaviləsi mövcuddur.

“Qarabağ” Rüstəmdən öncə Zamiq Əliyevi də “Kəpəz”ə icarəyə vermişdi. Ağdam klubu bu yay yalnız İsrailin “Hapoel” (Təl-Əviv) klubundan Marko Yankoviçi transfer edib, Xayme Romero və Patrik Andrade ilə yollarını ayırıb. Kevin Medina, Riçard Almeyda və Luka Quqeşaşvili ilə də yeni müqavilə imzalanıb.

“Zirə” isə bu yay Mirsahib Abbasov, Slavik Alxasov və Rəhim Sadıxovu heyətinə qatmışdı. Brayan Alseus, Ağabala Ramazanov, Davit Volkov və Ahmed Ayzaya ilə yollarını ayıran klub, Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filipe Paxtmann və Sərtan Taşkınla yeni sözləşmə imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: