Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı hücumçu Federiko Makedanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Federiko Makeda “Latsio”nun yetirməsi olsa da, peşəkar karyerasına İngiltərənin “Mançester Yunayted” komandasında başlayıb. O, “qırmızı şeytanlar”ın əsas heyət oyunçusuna çevrilə bilmədiyi üçün həmin dövrdə “Sampdoriya”, KPR, “Ştutqart”, “Donkaster Rovers” və “Birmingem Siti” klublarına icarəyə verilib. 2014-cü ildə isə “Mançester Siti” hücumçunu “Kardiff Siti”yə satıb. O, bu klubda olarkən qısa müddət “Nottingem Forest”də icarədə də oynayıb. 2016-cı ildə “Novara”ya transfer olunan hücumçu, 2018-ci ildən Yunanıstan “Panatinaikos”unda forma geyinirdi. Makeda İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb, amma əsas milliyə dəvət almayıb.
“Ankaragücü” “Kocaelispor”dan gənc hücumçu Mervan Yiğiti də transfer edib. 21 yaşlı forvardla 4 illik müqavilə imzalandığı açıqlanıb.


