İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Samuel Kastilyexonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.
“Valensiya”nın bu keçidə görə “Milan”a heç bir təzminat ödəmədiyi iddia olunur. Buna futbolçunun İtaliya klubundan azad agent kimi ayrılması səbəb göstərilir.
Samuel Kastilyexo 2018-ci ildən “Milan”da çıxış edirdi. İspaniyalı futbolçu bu komandanın heyətində 4 mövsüm ərzində 113 matça çıxıb, 10 qol vurub. “Malaqan”ın yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış yarımmüdafiəçi, 2015-2018-ci illər aralığında da “Vilyarreal”da çıxış edib.


