Əfran İsmayılov “Kəpəz”də

Bu yay “Səbail”dən ayrılan Əfran İsmayılov özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Əfran İsmayılov 2020-ci ilin sentyabr ayından “Səbail”də çıxış edirdi. O, bu komandada keçirdiyi iki mövsüm ərzində 38 oyuna çıxıb. 33 yaşlı futbolçu bu matçlarda 6 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Azərbaycan yığmasının sabiq üzvü daha öncə “Keşlə”, “Qarabağ”, “Bakı” və “Turan Tovuz”da da çıxış edib.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynayacaq “Kəpəz” daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Georgi Kantariya və Mate Kvirkviyanı da transfer etmişdi. Gəncə klubu həmçinin “Sabah”dan Samir Məhərrəmlini, “Qarabağ”dan isə Zamiq Əliyevi icarəyə götürüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: