Fransa Super Kubokunun qalibi bəlli oldu

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda son çempion PSJ ilə ölkə kubokunun qalibi “Nant” komandaları üz-üzə gəlib.

İsrailin paytaxtı Təl-Əvivdə, “Blimfuld” stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin üstünlüyü şəraitində keçib. PSJ rəqibini 4 cavabsız qolla məğlub edib.

Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Neymar dubla imza atıbsa (45+5 və 82-pen.), daha bir qolu müdafiəçi Serxio Ramos (57) vurub.

Beləliklə, PSJ tarixində 11-ci dəfə Fransa Super Kubokunun qalibi olub. Bu komandanın ən yaxın izləyicisi 8 dəfə Super Kubok qazanmış Lion “Olimpik”idir.

Xəbəri sosial şəbəkələrdə paylaş: