La Liqa: “Sevilya” 2-ci turda da qələbə qazana bilmədi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Ötən tur “Barselona” ilə heç-heçə edən “Rayo Valyekano” “Espanyol”un qonağı olub və səfərdə 2 cavabsız qola sevinib.

İlk turda xal itkisinə məruz qalan “Sevilya” isə bu dəfə evdə “Valyadolid”i sınağa çəkib. Bu qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İspaniya La Liqası
2-ci tur
19 avqust

Espanyol – Rayo Valyekano 0:2
Qol: Palazon, 40. Siss, 59.

Sevilya – Valyadolid 1:1
Qol: Rekik, 86 – Anuar, 80.

20 avqust

19:30. Osasuna – Kadis
21:30. Malyorka – Betis
00:00. Selta – Real

21 avqust

19:30. Atletik – Valensiya
21:30. Atletiko – Vilyarreal
00:00. Real Sosyedad – Barselona

22 avqust

22:00. Elçe – Almeriya
00:00. Jirona – Xetafe

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: