A Seriyası: “İnter” “Latsio”ya, “Montsa” “Udineze”yə uduzdu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 3-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Montsa” öz meydanında “Udineze” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Turun ən maraqlı qarşılaşmalarından biri paytaxt Romada baş tutub. “Latsio” doğma meydanda “İnter”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda isə 3 xalı meydan sahibləri bayram ediblər.

İtaliya A Seriyası
3-cü tur
26 avqust

Montsa – Udineze 1:2
Qol: Kolpani, 32 – Beto, 36. Udoqi, 77.

Latsio – İnter 3:1
Qol: Anderson, 40. L.Alberto, 75. Pedro, 86 – L.Martines, 51.

27 avqust

20:30. Kremoneze – Torino
20:30. Yuventus – Roma
22:45. Milan – Bolonya
22:45. Spetsiya – Sassuolo

28 avqust

20:30. Salernitana – Sampdoriya
20:30. Verona – Atalanta
22:45. Fiorentina – Napoli
22:45. Leççe – Empoli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: