Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ömer Erdoğan çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Ömer Erdoğan Ankara təmsilçisində istefa vermiş Mustafa Dalcını əvəz edib. Hansı ki, o, Super Liqanın 4-cü turu çərçivəsində keçirilmiş “Fatih Karagümrük”lə səfər maçındakı 1:4 hesablı məğlubiyyəddən sonra postundan ayrılmışdı. Erdoğan isə daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da baş məşqçi olub.
“Ankaragücü” 4 turdan sonra cəmi 1 xalla 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.


