Emirhan İlkhan “Torino”nun tarixinə düşdü

İtaliya A Seriyasının 5-ci turunun “Torino” – “Leççe” oyunu meydan sahiblərinin türkiyəli yarımmüdafiəçisi Emirhan İlkhan üçün əlamətdar olub. Arena.az xəbər verir ki, gənc futbolçu bu yay transfer olunduğu Turin klubunda ilk dəfə əsas heyətdə meydana çıxıb.

Bununla da o, sözügedən klubun tarixində start heyətdə meydana çıxan ən gənc (18 yaş, 96 gün) futbolçuya çevrilib. Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi “Leççe”yə 1:0 hesabıyla qalib gəldikləri matçda 64 dəqiqə meydanda qalıb. O, daha öncə 1-ci turun “Monza” ilə səfər matçının 90-cı dəqiqəsində meydana çıxmaqla yeni komandasında debüt imkanı əldə etmişdi.

Xatırladaq ki, Emirhan İlkhan “Beşiktaş”ın yetirməsidir. O, avqustun 8-də İstanbul klubundan 4.5 milyon avro qarşılığında “Torino”ya keçib. Gənc futbolçu 2021-ci ildən “Beşiktaş”ın əsas komandasında forma geyinməyə başlamışdı. O, bu ildən Türkiyənin U-21 yığmasına da dəvət olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş: