Dan-Aksel Zaqadu “Ştutqart”la anlaşdı

Bu yay Almaniyanın “Borussiya” (Dortmund) klubundan azad agent kimi ayrılan Dan-Aksel Zaqadu özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, Fransadan olan müdafiəçi bundan sonra “Ştutqart”ın uğurları üçün çalışacaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı mərkəz müdafiəçisi ilə müddəti 2026-cı ilin yayına kimi olan müqavilə imzalanıb.

Xatırladaq ki, Fransanın PSJ klubunun yetirməsi olan Dan-Aksel Zaqadu 2017-ci ilin yayından “Borussiya”da çıxış edirdi. O, Dortmund təmsilçisinin heyətində 92 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürm ilə yadda qalıb. Əslən Fil Dişi Sahilindən olan Zaqadu, Fransanın aşağı yaş qrupları üzrə əksər komandalarında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: