Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında “Napoli” doğma meydanda “Torino” ilə qarşılaşıb. Nepaollular bu oyunda növbəti qələbəni rəsmiləşdiriblər.
Turun mərkəzi oyunu isə Milanda keçirilib. “İnter” doğma meydanda “Roma” ilə münasibətlərinə aydınlıq gətirib. Hesabı milanlıların açdığı qarşılaşmada paytaxt təmsilçisi əzmkar qələbəyə sevinib.
“Milan” isə səfərdə “Empoli” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda da qonaqlar sevinən tərəf olublar.
Turun qalan qarşılaşmaları 2-3 oktyabrda keçiriləcək.
İtaliya A Seriyası
8-ci tur
1 oktyabr
Napoli – Torino 3:1
Qol: Anqissa, 6; 12. Kvaratsxeliya, 37 – Sanabriya, 4.
İnter – Roma 1:2
Qol: Dimarko, 30 – Dibala, 39. Smollinq, 75.
Empoli – Milan 1:3
Qol: Bayrami, 90+2 – Rebiç, 79. Ballo-Ture, 90+4. Leao, 90+7.
2 oktyabr
14:30. Latsio – Spetsiya
17:00. Leççe – Kremoneze
17:00. Sampdoriya – Montsa
17:00. Sassuolo – Salernitana
20:00. Atalanta – Fiorentina
22:45. Yuventus – Bolonya
3 oktyabr
22:45. Verona – Udineze


