A Seriyası: “İnter” evdə, “Milan”la “Napoli” səfərdə sevindi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 10-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

“Latsio” – “Udineze” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Spetsiya” – “Kremoneze” oyununda da qalib müəyyənləşməyib.

“İnter” “Salernitana”nı, “Napoli” isə “Bolonya”nı məğlub yola salıb. Səfərdə “Verona” ilə qarşılaşan “Milan” da turu qələbə ilə başa vurub.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

İtaliya A Seriyası
10-cu tur
15 oktyabr

Empoli – Montsa 1:0
Qol: Haas, 11.

Torino – Yuventus 0:1
Qol: Vlahoviç, 74.

Atalanta – Sassuolo 2:1
Qol: Paşaliç, 45+1. Lukman, 46 – Kiriakopulos, 41.

16 oktyabr

İnter – Salernitana 2:0
Qol: L.Martines, 14. Barelya, 58.

Latsio – Udineze 0:0

Spetsiya – Kremoneze 2:2
Qol: Nzola, 19. Holm, 22 – Dessers, 2. Pikkel, 52.

Napoli – Bolonya 3:2
Qol: J.Jezus, 45. Lozano, 49. Osimhen, 69 – Zirkze, 41. Barrov, 51.

Verona – Milan 1:2
Qol: Gunter, 19 – Veloso, 9-öz qapısına. Tonalo, 81.

17 oktyabr

20:30. Sampdoriya – Roma
22:45. Leççe – Fiorentina

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: