Azərbaycan kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. Arena.az xəbər verir ki, bir qarşılaşmadan ibarət olacaq mərhələnin görüşləri iki günü əhatə edəcək.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, ilk mərhələnin oyunları 22 və 23 noyabrda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan kubokunda bu mövsüm 1/4 final mərhələsindən etibarən qaliblər ev-səfər prinsipinə əsasən müəyyənləşəcək.

Azərbaycan kuboku
1/8 final
22 noyabr

“Qəbələ” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu, 15:00.

MOİK – “Səbail”
Binə qəsəbə stadionu, 14:00.

“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:00.

23 noyabr

“Sabah” – “Qaradağ Lökbatan”
Masazır. “Bank Respublika Arena”, 17:00.

“Mingəçevir” – “Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: