A Seriyası: “Roma”dan “Verona” üzərində əzmkar qələbə

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 12-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Roma” səfərdə “Verona” ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, qalan dəqiqələrdə 3 qol vurmağı bacaran “canavarlar” əzmkar qələbəyə seviniblər.

Turun qapanış matçında isə “Montsa” “Bolonya”nı qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda da qonaqlar qələbə qazanıblar.

Beləliklə, 12 turdan sonra məğlubiyyət tanımayan “Napoli” 32 xalla vahid liderdir. 27 xala malik “Atalanta” ikinci, 26 xalı olan “Milan” isə üçüncüdür. “Roma”nın 25, “Latsio” və “İnter”in 24, “Yuventus”un 22 xalı var.

İtaliya A Seriyası
12-ci tur
29 oktyabr

Napoli – Sassuolo 4:0
Qol: Osimhen, 4; 19; 77. Kvaratsxeliya, 36.

Leççe – Yuventus 0:1
Qol: Facoli, 73.

İnter – Sampdoriya 3:0
Qol: De Vrey, 21. Barella, 44. Korrea, 73.

30 oktyabr

Empoli – Atalanta 0:2
Qol: Hatebor, 32. Lukman, 59.

Kremoneze – Udineze 0:0

Spetsiya – Fiorentina 1:2
Qol: Nzola, 35 – Milenkoviç, 14. Kabral, 90.

Latsio – Salernitana 1:3
Qol: Zakkayni, 41 – Kandreva, 51. Fasio, 68. Dia, 76.

Torino – Milan 2:1
Qol: Djidji, 35. Mirançuk, 37 – Messias, 67.

31 oktyabr

Verona – Roma 1:3
Qol: Davidoviç, 26 – Zaniolo, 45+2. Volpato, 88. El Şaaravi, 90+2.

Montsa – Bolonya 1:2
Qol: Petanya, 57-pen – Ferquson, 60. Orsolini, 73.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: