Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 14-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
Səfərdə “Sassuolo” ilə qarşılaşan “Roma” bu turu xal itkisi ilə başa vurub. “Atalanta” isə “Leççe” ilə səfər oyunundan məğlubiyyətlə qayıdıb. “Fiorentina” “Salernitana”nı, “Torino” da “Sampdoriya”nı məğlub yola salıb. “İnter” isə “Bolonya” ilə ev oyununda darmadağına sevinib.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
İtaliya A Seriyası
14-cü tur
8 noyabr
Napoli – Empoli 2:0
Qol: Lozano, 69. Zelinski, 88.
Spetsiya – Udineze 1:1
Qol: Reça, 33 – Lovriç, 43.
Kremoneze – Milan 0:0
9 noyabr
Leççe – Atalanta 2:1
Qol: Başirotto, 27. Di Françesko, 29 – Sapata, 40.
Sassuolo – Roma 1:1
Qol: Pinamonti, 85 – Abraham, 80.
Fiorentina – Salernitana 2:1
Qol: Bonaventura, 15. Yoviç, 82 – Dia, 55.
İnter – Bolonya 6:1
Qol: Dzeko, 26. Dimarko, 36; 48. L.Martines, 42. H.Çalhanoğlu, 59-pen. Qosens, 76 – Likoyannis, 22.
Torino – Sampdoriya 2:0
Qol: Radonyiç, 29. Vlaşiç, 59.
10 noyabr
21:30. Verona – Yuventus
23:45. Latsio – Montsa


