A Seriyası: “Yuventus” səfərdə, “Latsio” evdə tək qolla qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 14-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Verona” ilə qarşılaşan “Yuventus” bu matçdan minimal hesabla qalib ayrılıb. “Latsio” isə doğma meydanda “Montsa”nı oxşar hesabla məğlub edib.

Beləliklə, 14 turdan sonra 38 xala malik “Napoli” vahid liderdir. “Latsio” və “Milan”ın 30 xalı varsa, “Yuventus” 28 xalla dördüncü pillədə qərarlaşıb. “İnter”lə “Atalanta” 27, “Roma” 26 xal toplayıb.

İtaliya A Seriyası
14-cü tur
8 noyabr

Napoli – Empoli 2:0
Qol: Lozano, 69. Zelinski, 88.

Spetsiya – Udineze 1:1
Qol: Reça, 33 – Lovriç, 43.

Kremoneze – Milan 0:0

9 noyabr

Leççe – Atalanta 2:1
Qol: Başirotto, 27. Di Françesko, 29 – Sapata, 40.

Sassuolo – Roma 1:1
Qol: Pinamonti, 85 – Abraham, 80.

Fiorentina – Salernitana 2:1
Qol: Bonaventura, 15. Yoviç, 82 – Dia, 55.

İnter – Bolonya 6:1
Qol: Dzeko, 26. Dimarko, 36; 48. L.Martines, 42. H.Çalhanoğlu, 59-pen. Qosens, 76 – Likoyannis, 22.

Torino – Sampdoriya 2:0
Qol: Radonyiç, 29. Vlaşiç, 59.

10 noyabr

Verona – Yuventus 0:1
Qol: M.Kin, 60.

Latsio – Montsa 1:0
Qol: Romero, 69.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: