A Seriyası: “Napoli” “Udineze”ni də məğlub yola saldı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 15-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Napoli” bu turda “Udineze”ni qəbul edib. Beş qolun qeydə alındığı matç Neapol təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Sampdoriya” “Leççe” ilə ev oyunundan məğlub ayrılıbsa, “Bolonya” “Sassuolo”nu 3 cavabsız qolla üstələyib.

15-ci tura bazar günü keçiriləcək 6 oyunla yekun vurulacaq.

İtaliya A Seriyası
15-ci tur
11 noyabr

Empoli – Kremoneze 2:0
Qol: Kambyaqi, 46. Parisi, 88.

12 noyabr

Napoli – Udineze 3:2
Qol: Osimhen, 15. Zelinski, 31. Elmas, 58 – Nesterovski, 79. Samardziç, 82.

Sampdoriya – Leççe 0:2
Qol: Kolombo, 45+1. Banda, 83.

Bolonya – Sassuolo 3:0
Qol: Ebişer, 30. Arnautoviç, 50. Ferquson, 78.

13 noyabr

15:30. Atalanta – İnter
18:00. Roma – Torino
18:00. Montsa – Salernitana
18:00. Verona – Spetsiya
21:00. Milan – Fiorentina
23:45. Yuventus – Latsio

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: