Azərbaycan kubokunda 1/8 finalın hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bu mərhələnin oyunları noyabrın 22-də və 23-də keçiriləcək. Hər oyun günündə 3 qarşılaşma baş tutacaq.

MOİK – “Səbail” oyunu Əli Əliyevə tapşırılıbsa, “Şamaxı” – “Turan Tovuz” matçında Vüqar Həsənli söz sahibi olacaq. “Qəbələ”nin “Araz Naxçıvan”la oyununu isə Kamranbəy Rəhimov idarə edəcək.

Sonuncu oyun günündə keçiriləcək “Mingəçevir” – “Zirə” matçı Emin Əliyevə həvalə edilib. “Kəpəz”in “Sumqayıt”la görüşünü İnqilab Məmmədov idarə edəcək. “Sabah” – “Qaradağ Lökbatan” qarşılaşması isə Səbuhi Bayramova tapşırılıb.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsinin qalibləri bir oyuna əsasən müəyyənləşəcək. Növbəti mərhələdən etibarən isə qaliblər ev-səfər prinsipinə əsasən bəlli olacaq.

Azərbaycan kuboku
1/8 final
22 noyabr

MOİK – “Səbail”
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
Binə qəsəbə stadionu, 14:00.

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu, 14:00.

“Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu, 15:00.

23 noyabr

“Mingəçevir” – “Zirə”
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu, 14:00.

“Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Babək Quliyev
“Bank Respublika Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: