Türkiyənin “Başakşəhər” klubunun qapıçısı Məhəmməd Şengezer Super Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti daha 2 ilə uzadılıb. Beləliklə, 25 yaşlı qolkiper yeni sözləşməyə əsasən 2026-cı ilin yayına kimi “Başakşəhər”in uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki anlaşması 2024-cü ilin yayına kimi idi.
Məhəmməd Şengezer 2019/20 mövsümündən etibarən “Başakşəhər”də çıxış edir. O, bu mövsüm 12 matçda iştirak edib, 4 oyunda qapısını toxunulmaz saxlamağa nail olub. İstanbul təmsilçisində bütövlükdə 16 oyun keçirmiş Şengezer, daha öncə “Adana Dəmirspor” və “Bursaspor”un da uğurları üçün çalışıb.


