İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Meksika yığmasının müdafiəçisi Sesar Montesi heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikanın “Monterrey” klubundan transfer edilmiş 25 yaşlı futbolçu ilə 5.5 illik müqavilə imzalanıb. Onun yeni komandasında 23 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb. “Espanyol” bu transferə görə Meksika klubuna 8 milyon avro ödəyib.
Sesar Montes “Monterrey”in öz yetirməsidir. Mərkəz müdafiəçisi “Espanyol”a qədər yalnız bu klubun formasını geyinib. O, sözügedən klubun heyətində meydana çıxdığı 265 oyunda 13 qol və 10 məhsuldar ötürmə müəllifi də olub. Montes Meksika yığmasında da 44 oyun keçirib, 1 qola imza atıb.


