“Səbail”in Antalyada ilk sınağı – “Legiya” ilə məhsuldar heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” komandası hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı paytaxt təmsilçisi Polşanın “Legiya” (Varşava) komandası ilə üz-üzə gəlib.

“Cornelia Diamond” kompleksinin meydançasında baş tutan görüş məhsuldar alınıb. Tərəflər yekunda 2:2 hesablı heç-heçəyə razılaşıblar. Bakı təmsilçisinin heyətində Qustavo de Fransa (8-ci dəqiqə) və Mirabdulla Abbasov (87-ci dəqiqə) fərqlənib.

Sonda onu da xatırladaq ki, bu oyun dekabrın sonunda “Səbail”ə baş məşqçi təyin olunan Şahin Diniyev üçün əlamətdar olub. O, yeni komandasında qeyri-rəsmi də olsa, debüt edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: