Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Bayıl təmsilçisinin rəqibi Çexiyanın “Bohemians 1905” komandası olub.
“Miracle Resort” hotelinin futbol kompleksində baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start verilib. Bu oyunda qalib müəyyənləşməyib. Belə ki, tərəflər meydanı qol vurmadan tərk ediblər – 0:0.
Xatırladaq ki, Şahin Diniyevin komandası Antalyadakı ilk sınaq matçında Varşava “Legiya”sı (Polşa) ilə də heç-heçə etmişdi – 2:2.
“Səbail” Antalyada daha bir yoxlama oyunu keçirəcək. Diniyev yetirmələrini yanvarın 16-da Serbiyanın “Spartak” komandası ilə görüşdə də sınaqdan keçirəcək.


