Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomisi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, David Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən “Po” komandasının şərəfini qoruyub. O, 2021-ci ilin iyulundan şərəfini qoruduğu bu klubdan bu il yanvarın 1-də azad agent kimi ayrılıb. Bu üzdən də “Səbail” onun transferi üçün əlavə xərcə düşməyib. Qomis “Po”da 46 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu “Tulon”, “Frejyus Sen Rafael” və “Ayaçço” kimi klubların da formasını geyinib. O, Qvineya-Bisau yığmasının da üzvüdür. Futbolçu milli komandada cəmi bir oyuna çıxıb.
Qomis “Səbail”in qış fasiləsində heyətində qatdığı ilk yeni futbolçudur. “Dənizçilər” buna qədər yalnız “Şamaxı”da icarədə olan Adil Nağıyevi geri qaytardıqlarını açıqlamışdılar.


