“Səbail” Serbiya klubuna tək qolla məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalyadakı hazırlıq prosesinə yekun vurub. Arena.az xəbər verir ki, “dənizçilər” hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Şahin Diniyevin baş məşqçi olduğu komanda Serbiyanın “Spartak” (Subotniça) kollektivi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 15:00-da başlayan matçın taleyini bir qol həll edib. Serblər 5-ci dəqiqədə hesabı açıblar. Onlar hesabdakı üstünlüyü sonadək qoruyublar və yekunda qələbə qazanıblar.

Xatırladaq ki, “Səbail” bundan əvvəl Antalyada daha iki yoxlama oyunu keçirmişdi. Paytaxt təmsilçisi “Legiya” (Varşava, Polşa) və “Bohemians 1905” (Çexiya) komandaları ilə heç-heçəyə razılaşmışdı – müvafiq olaraq, 2:2 və 0:0.

Yanvarın 3-dən Türkiyədə hazırlıq keçən Bayıl təmsilçisi sabah Bakıya dönəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: