Yusuf Erdoğan “Trabzonspor”u “Adana Dəmirspor”a dəyişdi

Türkiyənin “Trabzonspor” klubunun yarımmüdafiəçisi Yusuf Erdoğan Super Liqa təmsilçisindən növbəti dəfə ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Adana Dəmirspor” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 30 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. Trabzon klubu bonuslarla 100 min avro gəlir əldə edəcək. Həmçinin futbolçunun gələcək satışından əldə olunacaq gəlirin də 50 faizi məhz bu kluba ödəniləcək.

Yusuf Erdoğan peşəkar karyerasına “Araklıspor” klubunda başlayıb. Daha sonra “1461 Trabzon”da forma geyinən futbolçu 2013-cü ildə “Trabzonspor”a keçib. O, bu komandada 2017-ci ilə qədər forma geyindikdən sonra “Bursaspor”a transfer olunub. 2019-2022-ci illər aralığında da “Kasımpaşa”da forma geyinən yarımmüdafiəçi 2022-ci ilin yanvar ayında Trabzona qayıtmışdı. Trabzon təmsilçisində bütövlükdə 154 oyuna çıxıb, 20 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. Erdoğan vaxtilə Türkiyənin U-21 yığmasının da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: