“Zirə” “Radniçki” ilə heç-heçəyə razılaşdı, toplanışı başa vurdu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Serbiya təmsilçisi “Radniçki” ilə üz-üzə gəlib.

Rəşad Sadıqov serblərlə oyunda bu futbolçuların xidmətindən yararlanıb: 1. Mehdi Cənnətov, 2. Sertan Taşkın, 5. Moiz Adileu, 9. Loris Broqno, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 44. Dimitrios Çantakias, 47. Məhəmməd Hamdaui.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 38. Ramiz Muradov, 6. Samir Ağayev, 64. Mahmud Ağayev.

Zirəlilər bu görüşdən heç-heçə ilə ayrılıblar. Komandanı meydanı qolsuz tərk ediblər – 0:0.

Xatırladaq ki, “Zirə” toplanış çərçivəsindəki ilk yoxlama oyununda Rumıniyanın “Kindiya” komandası ilə qarşılaşmış və 3:2 hesablı qələbəyə sevinmişdi. Bu gün keçirilmiş ilk yoxlama oyununda isə Macarıstanın “Seged-Çanad” kollektivi Azərbaycan təmsilçisini 3:1 hesabıyla məğlub etmişdi.

Təlim-məşq toplanışını bu gün başa vuran qəsəbə təmsilçisi sabah Bakıya dönəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: