2022-ci ilin yayında İngiltərə “Liverpul”undan azad agent kimi ayrılan və “Nyukasl”a keçən Loris Karius bu klubla yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında sentyabr ayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 dekabrına kimi idi. Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə etmişdilər. Klub məhz həmin bənddən istifadə edərək almaniyalı qolkiperi 30 iyuna kimi heyətində saxlamağa qərar verib.
Xatırladaq ki, Loris Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”a 2016-cı ildə məhz bu klubdan transfer olunmuşdu. Amma alman qolkiper İngiltərə nəhəngində əsas heyət oyunçusuna çevrilə bilməyib. 2018-2020-ci illərdə Türkiyənin “Beşiktaş” klubunda icarədə oynamış Karius, 2020/21 mövsümündə də “Union Berlin”də icarədə olub. O, “Liverpul”da bütövlükdə 49 matça çıxıb. “Nyukasl”da ehtiyat qapıçı olan Karius, hələ bu komandada debüt etməyib.


