21 yaşadək futbolçulardan ibarət Danimarka millisinin sol cinah müdafiəçisi Viktor Kristiansen “Kopenhagen” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərənin “Lester Siti” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Lester Siti” bu transfer üçün Danimarka klubuna 14 milyon avro ödəyib. Gənc futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.
Viktor Kristiansen “Kopenhagen”in yetirməsidir. O, bu klubun əsas komandasında 73 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Danimarkanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu, hazırda U-21-in formasını geyinir.
Lester klubu hücumçusu Corc Hersti isə “İpsviç Taun”a icarəyə verib. 23 yaşlı forvardın bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcəyi açıqlanıb.
Corc Herst 2019-cu ilin yayından Premyer Liqa təmsilçisində forma geyinir. Amma o, bu klubun əsas komandasında cəmi 2 matça çıxıb. “İpsviç Taun”dan əvvəl “Blekbern”, “Portsmut”, “Roterem Yunayted”də də icarədə oynamış futbolçu, Lester təmsilçisinə keçənə qədər “Leuven” və “Şeffild Uensdey”də də forma geyinib. Herst İngiltərənin U-17, U-18, U-19 və U-20 yığmalarında da oynayıb.


