Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, bu gün təşkil olunmuş püşkatma mərasimində finala vəsiqə uğrunda hansı komandaların yarışacağına aydınlıq gəlib.
Püşkə əsasən, bu raundda “el klasiko” olacaq. Belə ki, Madrid “Real”ı əzəli rəqibi “Barselona”ya rəqib olub. Digər yarımfinal cütündə isə Bilbao “Atletik” və “Osasuna” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, İspaniya kubokunda yarımfinal mərhələsinin təqvimi hələ tam dəqiqləşməyib. Ev-səfər prinsipi ilə keçiriləcək oyunların dəqiq tarixi daha sonra müəyyənləşəcək.
İspaniya kuboku
İlk oyunlar
Osasuna – Atletik
Real – Barselona
Cavab oyunları
Atletik – Osasuna
Barselona – Real


