Ramin Əhmədov “Zirə”ni “Şamaxı”ya dəyişdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” yarımmüdafiəçisi Ramin Əhmədov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Şamaxı”ya transfer olub. Yarımmüdafiəçinin qarşıdakı iki il ərzində “Şamaxı”nın formasını geyinəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, 1 iyun 2001-ci ildə dünyaya göz açmış Ramin Əhmədov Zaqatala futbol məktəbinin yetirməsidir. O, “Zirə”yə 2021-ci ilin avqust ayında azad agent kimi keçmişdi. Klub həmin vaxt açıqlama yayaraq “20 yaşlı Ramin Əhmədovla 4 illik müqavilə imzalandığını” elan etmişdi. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun əsas kəşflərindən sayılan yarımmüdafiəçi bu klubun əsas komandasında 21 oyun keçirib, 1 qol vurub. O, Azərbaycanın gənclərdən ibarət yığmasında da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: