Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Brayton” və “Bornmut” – “Nyukasl” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Vest Hem”in qonağı olan “Çelsi” də turu heç-heçə ilə başa vurub. Lider “Arsenal” isə “Brentford”la oyundan xal itkisi ilə ayrılıb. Üç qolun qeydə alındığı “Sauthempton” – “Vulverhempton” matçında qonaqlar qələbə qazanıblar. “Fulhem” “Nottingem Forest”lə ev oyununda inamlı qələbəyə sevinib. “Lester Siti”nin qonağı olan “Tottenhem” isə darmadağına üzülüb.
Turun qalan qarşılaşmaları 12 və 13 fevralda keçiriləcək.
İngiltərə Premyer Liqası
23-cü tur
11 fevral
Vest Hem – Çelsi 1:1
Qol: Emerson, 28 – J.Feliks, 16.
Arsenal – Brentford 1:1
Qol: Trossar, 66 – Toni, 75.
Kristal Pelas – Brayton 1:1
Qol: Tomkins, 69 – Mark, 63.
Fulhem – Nottingem Forest 2:0
Qol: Villian, 17. Solomon, 88.
Lester Siti – Tottenhem 4:1
Qol: Mendi, 23. Maddison, 25. İheanaço, 45+4. Barnes, 81 – Bentankur, 14.
Sauthempton – Vulverhempton 1:2
Qol: Alkaras, 24 – Bednarek, 73-öz qapısına. J.Qomes, 87.
Bornmut – Nyukasl 1:1
Qol: Senesi, 30 – Almiron, 45+2.
12 fevral
18:00. Lids – Mançester Yunayted
20:30. Mançester Siti – Aston Villa
13 fevral
00:00. Liverpul – Everton


