Premyer Liqa: “Çelsi” uduzdu, MS xal itirdi, “Arsenal” qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Brentford” – “Kristal Pelas” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Nottingem Forest”lə qarşılaşan son çempion “Mançester Siti” də turu 1 xalla başa vurub.

Mövsümün əvvəlində və qış fasiləsindəki səs-küylü transferləri ilə diqqət mərkəzində olan “Çelsi” isə uğursuz gedişata son qoya bilmir. London təmsilçisi bu dəfə doğma meydanda “Sauthempton”a məğlub olub. “Brayton”la “Vulverhempton” da müvafiq olaraq “Fulhem” və “Bornmut”la ev oyunlarında oxşar hesabla uduzublar. “Everton” isə evdə “Lids”i tək qolla yenib.

“Nyukasl”ın qonağı olan “Liverpul” bu dəfə inamlı qələbəyə sevinib. Yeri gəlmişkən, bu oyunda məğlub olan “Nyukasl”ın 17 oyunluq məğlubiyyətsiz seriyası da başa çatmış olub.

Səfərdə “Aston Villa” ilə qarşılaşan “Arsenal” da turu əzmkar və inamlı qələbə ilə başa vurub.

Turun qalan iki oyunu sabah keçiriləcək.

İngiltərə Premyer Liqası
24-cü tur
18 fevral

Aston Villa – Arsenal 2:4
Qol: Uotkins, 5. Koutinyo, 31 – Saka, 16. Zinçenko, 61. E.Martines, 90+3-öz qapısına. Martinelli, 90+8.

Brentford – Kristal Pelas 1:1
Qol: Janelt, 90+6 – Eze, 69.

Brayton – Fulhem 0:1
Qol: Solomon, 88.

Çelsi – Sauthempton 0:1
Qol: Uord-Prouz, 45+1.

Everton – Lids 1:0
Qol: Koleman, 64.

Nottingem Forest – Mançester Siti 1:1
Qol: Vud, 84 – B.Silva, 41.

Vulverhempton – Bornmut 0:1
Qol: Tavernier, 49.

Nyukasl – Liverpul 0:2
Qol: D.Nunes, 10. Qakpo, 17.

19 fevral

18:00. Mançester Yunayted – Lester Siti
20:30. Tottenhem – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: